Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd edilib

30.10.2017-cil tarixdə məktəbimizdə Yeni Azərbaycan Partiyasının 25 illiyiyinə həsr olunmuş "YAP - xalqın partiyasıdır" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeni Azərbaycan Partiyasının Ərazi ilk partiya təşkilatının sədri Mailə İsmayılova qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin cətin bir dövründə 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaranmışdır və 25 ildir ki, xalqımızın rifahı və xoş gələcəyi naminə fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası ulu öndərin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirərək ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, milli dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır. Sonra tədbir şagirdlərin təqdimatında bədii hissə ilə davam edib, vətənpərvərlik mahnıları ifa olunub, şeirlər söylənilib.