Qrant müsabiqəsi üzrə qalib layihələr: “ Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından – inkişaf və təcrübəyə doğru”

Məktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə “Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından – inkişaf və təcrübəyə doğru” layihəsinin qalibi olub. ” Müasir təhsi l fəlsəfəmizdə şəxsiyyət - vətəndaşın yetişdirilməsi, kommunikativ gənclərin formalaşması, müasir innovasiya və təcrübələrə yiyələnmək, qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi önəmli aspektlərdəndir. Bu gün istər ölkəmizin mərkəzi məktəblərində, istərsə də, ən ucqar əyalətlərdə yerləşən məktəblərimizin özünəməxsus uğurları, nəticələri, təhsilə töhvələri vardır. Pedaqoji işin düzgün təşkili, dərslərin deyilməsi zamanı illərdən bəri əsil pedaqoqlar tərəfindən formalaşmış mənəvi meyarlar prinsipini pozmayan müəllimlərin innovativ yaradıcılığı, dərs nümunələri, təlim modulları, beynəlxalq təcrübədən yiyələnmək təşəbbüsləri, kreativ yanaşma və özünəməxsus bacarıqları nəticələrin yüksək olmasına əhəmiyyətli təsir göstərir. Məhz belə müəllimlərin digər məktəblərin pedaqoqları və şagirdlərlə işdə təcrübə mübadiləsinə, əməkdaşlığına zərurət böyükdür. Layihənin məqsədi mərkəzi və əyalət məktəblərinin qarşılıqlı faydalı əməkdaşlığına nail olmaq, uğurlu dərs nümunələrini, pedaqoji nəticələri digər məktəblərdə yaymaq, müəllimlərin və şagirdlərin dünyagörüşünü artırmaq, müasir təcrübə imkanlarını tətbiq etməklə təhsilin keyfiyyətinə pozitiv töhvə verməkdir. Layihənin vıəzifələri: Əyalətdə uğurlu nəticələri ilə fərqlənən müəllimlərin mərkəzə dəvət olunaraq şagirdlərə dərs nümunələrinin keçirilməsi və qarşılıqlı olaraq mərkəzdə uğurları ilə fərqlənən müəllimlərin regionlara ezam olunaraq şagirdlərə uğurlu dərs nümunələrini keçməsi, mərkəzi və əyalət məktəblərinin müəllim-pedaqoji heyətinin təcrübi dialoqunun təşkili üçün mərkəzdə və yerlərdə “Dəyirmi masa”ların təşkili , mərkəzi və əyalət məktəblərinin şagirdlərinin mərkəzdə və əyalətdə qarşılıqlı səfərlərinin, ünsiyyət mübadilələrinin təşkili, yerli regionun xüsusiyyətləri, maddi mənəvi-dəyərləri ilə tanışlıq imkanlarının yaradılmasıdır. Layihənin icra müddəti 3 aydır. Layihənin icrası istiqamətində təşkilati işlər görülür, seçilmiş əməkdaş məktəblərlə telefon əlaqələri yaradılır, məlumatlandırma işləri aparılır, tədbirlərin proqramları, səfərlərin iş qrafikləri hazırlanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi