Çörək zavoduna ekskursiya

28.10.2017-ci il tarixdə 2-ci "b" sinif şagirdləri keçdikləri mövzu ilə bağlı olaraq müəllim və valideynləri ilə birlikdə 1 nömrəli çörək zavodunda olublar. Zavodla daha yaxından tanış olan şagirdlər qara çörəyin hazırlanma texnikasını, onun qablaşdırılma mexanizmini diqqətlə izləyiblər. Öyrəniblər ki,əl dəymədən, yeni texnoloji üsullarla saatda 12-15 min çörək bişirilir. Bütün gigiyenik qaydalara əməl olunaraq un, su və mayadan ibarət xəmir qatılır. Heç bir konsentrant, kimyəvi qatqılar əlavə olunmur. Qara çorəyin tərkibinə çovdar unu, cirə və razyanadan ibarət qarışıq qatılır ki, bu qarışığı dadmaq hətta ziyarətçilərə də təklif olunub. Şagirdlər digər maraqlı bir cihaz "dəmir dedektor" deyilən xüsusi qurgu ilə tanış olublar. Dəmir dedektorun vasitəsilə çörəyin tərkibindəki yad cisimlər askar olunur və həmin çörək laboratoriyaya gondərilir. Çörək yalniz soyuduqdan sonra qablaşdırılır. Hər sey təmiz və yüksək səviyyədə həyata keçirilir. Sonra uşaqlar zəhmətlə başa gələn çörəyi qorumaq, ona hörmət və qayğı ilə yanaşmaq haqqında maraqlı müzakirələr aparıblar və hədiyyələr qazanıblar. Zavoda təşkil olunan ekskursiya keçilən mövzu ilə əlaqədar materialların şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsinə zəmin yaradıb. Şagirdlərə müqəddəs nemət olan çörəyi qorumaq, əməyə və əməkçi insanlara hörmət və məhəbbət hisləri aşılanıb.