Abdulla Şaiqin ev muzeyinə ekskursiya keçirilib

27.10.2017-ci il tarixdə 6-cı "d" sinif şagirdlərinin Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmış Abdulla Şaiqin ev muzeyinə ekskursiyası keçirilib. Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində keçirilən ekskursiya zamanı şagirdlər Abdulla Şaiqin həyatı və bədii yaradıcılığı, pedaqoji fəaliyyəti ilə yaxından tanış olublar. Azərbaycan milli uşaq ədəbiyyatının banisi olan Abdulla Şaiqin ədəbi irsi, rus, ingilis, alman dillərinə tərcümə edilmiş bədii nümunələri, dünya ədəbiyyatından tərcümələri haqqında məlumatlar toplayan şagirdlər muzeydəki eksponatlara, şairin əsərlərinə çəkilmiş illüstrasiyalara, xalça üzərində toxunmuş portretinə maraqla tamaşa ediblər. Sonra uşaqlar A.Şaiq haqqında çəkilmiş kadrlara baxaraq onun səsini dinləyiblər, "Tıq-tıq" xanım əsəri əsasında çəkilmiş cizgi filmini izləyiblər. Ekskursiyadan razı qalan şagirdlər böyük məmnunluq hissi ilə muzey haqqındakı təəssüratlarını xatirə albomuna qeyd ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi