Su həyatın özüdür

26.10.2017-ci il tarixdə məktəbimizin IX-XI sinif sadirdləri arasında "Su həyatın özüdür", "Təmiz əllər sağlamlığın rəhnidir" mövzularında maarifləndirici tədbirlər aparılıb. Məktəbin həkimi Xuraman Məmmədova məruzə ilə çıxış edərək suyun insan orqanizmi üçün əvəzedilməz xüsusiyyətlərindən danışıb. Təmiz əllərin insanın sağlamlığında vacib şərtlərdən biri olduğunu bir daha şagirdlərin nəzərinə çatdırıb. Əlləri təmiz saxlamağı, yoluxucu xəstəliklərdən qorunmağı tövsiyə edib. Sonra şagirdlərin maraqlı araşdırmaları dinlənilib.