"Yay qiraəti - 2017" layihəsi

09.06.2017-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə əsas məqsədi yay tətilini heç yerə getməyib şəhərdə keçirən uşaqlar üçün asudə vaxtın səmərəli təşkili və məktəblilər arasında kitabin, mütaliənin təbliğ edilməsi olan “Yay qiraəti” layihəsinə start verilmiş və kitabxananın həyətində tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlərimiz kitabxanaya üzv yazılaraq asudə vaxtlarında oxumaq üçün bədii ədəbiyyat nüsxələrini seçiblər. Yay dövründə şagirdlər oxuduqları kitabları qaytararaq yeni ədəbiyyat nümunələri götürüblər. Onlar mütaliə etdikləri kitablar haqqında qeydlər aparıblar, həmin kitabdan bəhs edən rəsmlər çəkiblər. 20.10.2017-ci il tarixdə "Yay qiraəti - 2017" layihəsi çərçivəsində Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxanada tədbir keçirilib. "Yay qiraəti - 2017" layihəsində kitabxana ilə fəal əməkdaşlığına görə məktəbimiz Fəxri Fərmanla təltif olunub.