Məktəbimizdə fənn aylıqlarına start verilib

Məktəbin Fəaliyyət Planına uyğun olaraq fənn aylıqlarının keçirilməsinə start verilib.15.10.2017-ci il tarixli,108 nömrəli məktəbdaxili əmrlə oktyabrın 15-dən noyabrın 12-dək məktəb üzrə "Azərbaycan dili və ədəbiyyat aylığı" elan edilib. Fənn aylığı çərçivəsində tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi, müəllimlərin səriştəliliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanması, şagirdlərin bilik və bacarıqlara yiyələnmə, müstəqillik, dərketmə qabiliyyətinin öyrənilməsi, müəllim- şagird münasibətlərinin araşdırılması istiqamətində monitorinqlər aparılacaqdır. Bu məqsədlə tədbirlər planı işlənib hazırlanmışdır. Tədbirlər planında oxu texnikasının yoxlanılması, ədəbi əsərlərin müzakirəsivə təhlili dəyirmi masalar, açıq dərslərin keçirilməsi, qarşılıqlı dərsdinləmələrin, bədii qiraət, inşa yazı, rəsm müsabiqələrinin, ekskursiyaların təşkili, yazıçı və şairlərlə görüşlərin keçirilməsi, divar qəzetlərinin və bülletenlərin buraxılması, guşələrin yaradılması nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi