Müstəqillik günü qeyd edilib

Oktyabrın 18-də məktəbimizdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib.Tədbirlərdə çıxış edən müəllimlər xalqımızın azadlıq və milli istiqlal uğrunda apardığı mübarizələrdən danışaraq XX əsrin xalqımızın tarixində dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci il 18 oktyabr tariximizin şanlı səhifəsinə sərəfli gün kimi yazılıb.Ümummilmli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın gündən-günə gücləndiyi, qüdrətləndiyi şagirdlərin diqqətinə çatdırılıb. Tədbirlərdə iştirak edən şagirdlərin söylədikləri şeirlərdə, ifa etdikləri mahnılarda, çəkdikləri rəsmlərdə vətənə olan sevgi və məhəbbət hisləri nümayiş etdirilib. Tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər də göstərilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi