Təbrik edirik

5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Məktəbin direktoru M.H.İsmayılova pedaqoyi kollektivi təbrik edərək onlara gənc nəslin təlim - tərbiyəsində səmərəli fəaliyyət və uğurlu nəticələr arzuladı.Qeyd etdi ki, Beynəlxalq Müəllimlər günü həyatını xalqın xoşbəxt gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəsi var. Mən dünyada müəllimdən yüksək bir ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmət və qayğı ilə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün də müəllim əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Sonra M.H.İsmayılova Prezident İlham Əliyevin təhsil sahəsindəki məqsədyönlü fəaliyyətindən danışdı. Daha sonra çıxış edən müəllimlər Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə keçirilən tədbirdə Mailə Həşim qızı İsmayılovaya Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə Təşəkkürnamə verildiyini qeyd edərək təbrik etdilər. Tədbirin sonunda məktəbə dəvət olunmuş çalışmanın yaş həddinə çatmış müəllimlərə Fəxri Fərman və gül-çiçək dəstələri təqdim olundu.