Valideyn iclasları kecirildi

30.09.2017-ci il tarixdə məktəbimizdə 1-11 siniflərdə valideyn iclasları kecirilb. İclaslarda yeni 2017-2018-ci tədris ilində qarşıda duran vəzifələrdən danışılıb. Şagirdlərin dərsə davamiyyəti, məktəbli forması ilə təminatı, bilik səviyyəsinin yüksəldilməsində valideynlərin üzərinə düşən məsuliyyət barədə maarifləndirici söhbətlər aparılıb. Məktəbin iş rejimi bir daha valideynlərin nəzərinə çatdırılıb. Valideynlər məktəbin Fəaliyyət Planı ilə tanış edilib. İclasların sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb.