İdmançı şagirdlərimizin uğurları

2017-ci il iyul ayının 23-25-də Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində idmanın ağır atletika növü üzrə Dunya cempionatı kecirilib. Ağır atletikanın powerlifting növü üzrə gənclər arasında 66 kq çəki dərəcəsində Azərbaycanı məktəbimizin 9q sinif şagirdi Orucov Elxan Elşad oglu təmsil edib.
O, bu yarışda rəqiblərinə qalib gələrək birinci yeri tutub və gızıl medala layiq görülüb. İdmançı şagirdimiz dünya cempionu adını qazanıb. Hal-hazırda məşqlərini davam etdirir və növbəti yarışlara hazırlaşır. Məktəbimizin 6-cı "a" sinif şagirdi Hacıyev Əli və onun qardaşı 4-cü "a" sinif şagirdi Hacıyev Ayaz 2017-ci ilin sentyabrında İran İslam Respublikasının Təbriz şəhərində keçirilən Beynəlxalq turnirdə iştirak edərək 1-ci yeri tutublar, diplomlarla təltif olunublar. 8”d” sinif şagirdi Şabanova Xədicə Fikrət qızı 2017-ci ilin avqust ayında sahmat üzrə Bakı şəhər birinciliyində 17 yaşınadək yeniyetmələr arasında 1-ci yeri tutaraq Turkiyədə keçirilən ölkələrarası şahmat turnirində iştirak etmiş və 3-cü yerə layiq görülmüşdür. İdmançı şagirdlərimizi təbrik edir, onlara yeni uğurlar arzulayırıq.