15 sentyabr "Bilik günü" qeyd edildi

15 Sentyabr 2017 -ci il tarixdə məktəbimisdə bilik günu qeyd eildi. Məktəb öz elm, bilik qapılarını doğma balalarının üzünə açdı. Yeni 2017-2018-ci tədris ilinin başlanması münasibətilə məktəbin direktoru Mailə İsmayılova müəllim, şagird və valideyn kollektivini təbrik edərək qeyd etdi ki, Azərbaycan təhsili bu gün öz inkişafının yeni dövrünü yaşayır. Hörmətli prezidentimiz cənab İlham Əliyev gənc nəslin vətənpərvər vətəndaş kimi böyüməsi üçün təhsilə xüsusi diqqət və qayğı göstərir: Dərsliklər dövlət hesabına çap olunur, şagirdlərə pulsuz verilir. Məktəblər müasir avadanlıqlarla təchiz olunur. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər uğurla davam etdirilir. Hər bir gəncin gələcəkdə dövlət hesabına Azərbaycanda və dunyanın ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılır. Bu gün doğma Azərbaycanımızda sabitlikdir, əmin-amanlıqdır, iqtisadi inkişaf davam edir. Ölkə prezidentinin sərəncamı ilə 2017-ci il “İslam həmrəyliyi ili” elan edilmışdir. İslam ölkələri, eləcə də dünya dövlətləri ilə sülh, əməkdaşlıq, həmrəylik prinsiplərinə əsaslanan dövlətimizin hərbi gücü və qüdrəti artır. Azərbaycan silahlı qüvvələrinin 2016-cı ilin aprelində Ermənistan tərəfindən törədilən təxribatların qarşısının alınmasınada və işğal altında olan torpaqlarımızın azad edilməsində göstərdiyi müstəsna rəşadət və igidlik, xüsusilə də ordumuzun qəhrəmanlıq rəmzinə çevrilmiş Lələtəpə əməliyyatında qazanılmış tarixi qələbə ölkəmizin hər bir vətəndaşında böyük ruh yüksəkliyi yaratmış, vətənpərvərlik duyğularını, mübarizə əzmini və işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inam hissini gücləndirmişdir. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası və buraya hazırda digər bölgələrdə məskunlaşmış yerli əhalinin köçürülməsi doğma ata-baba torpaqlarımıza böyük qayıdışın başlanğıcıdır. Qısa müddət ərzində Cocuq Mərcanlıda yaşayış evlərinin, təhsil, səhiyyə, rabitə, ticarət obyekt lərinin inşası, müasir yol infrastrukturunun qurulması dövlət başçısının siyasi iradəsi və qətiyyətinin, dövlətimizin iqtisadi qüdrətinin parlaq təzahürüdür. Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında gənc nəslə daha dolğun məlumatlar verilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil nazirninin 31 avqust 2017-ci il tarixli 264 nömrəli əmri ilə 2017-2018 ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaqdır. Təhsil nazirninin 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə 2017-2018 ci tədris ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilmişdir və məktəb öz fəaliyyətini şagirdlərin keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində qurmuşdur. 2016-2017 tədris ili məktəbimiz üçün uğurlu olmuşdur. 110 nəfər şagird ümumi orta təhsil kursunu müvəffəq qiymətlərlə bitirərək attestat almışdır. 1 nəfər şagirdə - 9”q“ sinif şagirdi Vəliyea Sultanə Mahmud qızına fərqlənmə attestatı verilmişdır. 10 nəfər şagird buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərindən ən yüksək 80-97 bal toplamışdır. Tam orta təhsil kursunu 93 nəfər şagird bitirmişdir, 5 nəfər şagid fərqlənmə attestatı almışdır. 86 nəfər məzun ali məktəblərə sənəd vermiş, 74 nəfər respublikamızın və xarıici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur. 4 nəfər-Bəbirova Ləman Mais qızı, Məmmədova Aydan Zakir qızı ,Əhmədli Tural Nurəddin oğlu, Xəlilov Raul Kabı oğlu 650-dən yuxarı bal toplamışdır. 2016-2017-ci tədris ilində məktəbimiz Bakı səhəri üzrə Təhsil İdarəsinin “Təhsili dəyərə çevirək” devizi altında həyata keçirdiyi “Ekoloji aylıqlar”layihəsinin fəal iştirakçısı olmuş, fevral ayında “Mədəniyyət və incəsənət: Azərbaycan tarixi və etnoqrafiyası mövzusunda “Ekoloji mədəniyyət və incəsənətin təbliği” nominasiyası üzrə 1-ci yerin, aprel ayında “Ayın ən yaxşı bioloqlar məktəbi” nominasiyası üzrə 2-ci yerin, may ayında ”Ayın ən sağlam məktəbi” nominasiyası üzrə 2-yerin, iyun ayında “ Ayın ən təmiz məktəbi” nominasiyası üzrə 3-cü yerin qalibi olmuşdur. Məktəbimiz Bakı şəhəri üzrə Təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında keçirilən “Ayın ən yaxşı məktəb saytı“ müsabiqəsinin may ayı üzrə qalibi olmuşdur. Məktəb kollektivi məktəb üzrə keçirilən “Çərşənbə iməclikləri”, ”Hərəyə bir ağac əkək” yaşıllaşdırma aksiyasında fəal iştirak etmişdir. “Ölkəmizi tanıyaq” devizi altında məktəblərarası “Ən yaxşı foto - albom” müsabiqəsinin, bilik və idman yarışlarının qalibi olmuşdur. 10 - cu sinif şagirdi Bağırov Turan “Ailə Akademiyası” layihəsi üzrə Binəqədi məktəbliləri arasında keçirilən “Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir”adlı seir müsabiqəsində müəllif şeiri ilə fərqlənmiş, Fəxri Fərmanla təltif olunmuşdur. 9-cu sinif şagirdi Cəlilov Hüseyn respublika məktəbliləri arasında keçirilən “Öz dünyanı boya” adlı birinci respublika rəng müsabiqəsində 2-ci yeri tutaraq Fəxri Fərmanla təltif olunmuş və planşet hədiyyə qazanmışdır. 7-ci sinif şagirdi Əliyeva Fatimə ulu öndər H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “ Azərbaycan Səninlədir , Sənsiz deyil ” 7-ci yaradıcılıq festivalında “ərəb” mahnısı ilə çıxış edərək Fəxri Fərmanla təltif olunmuşdur. Gənclik hər bir millətin təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin,müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Pedaqoji kollektiv gələcəyimiz olan gənc nəsli vətənə məhəbbət , xalqa elinə, obasına hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə edir. Öz fəaliyyətini şagirdlərin elmə, təhsilə marağının artırılması, geniş dünyagörüşə malik olması, vətənpərvər ruhda böyüməsi istiqamətində qurur. Xalqımız qəhrəman xalqdır. Və bu xalq vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm- dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı buna canlı nümunədir. Hər günümüz, hər anımız Şuşa ,Xocalı, Xankəndi ilə bağlıdır. İnşaallah ,cənab Prezidentimizin rəhbərliyi ilə Qarabağımızı düşmən tapdağından azad edəcəyik, qalibiyyət marşlarının sədaları altında üçrəngli bayrağımızı Xankəndində ucaldacağıq. Azərbaycan xalqı inanır ki, prezidentimizin müdrik və gələcəyə yönəlmiş siyasəti bizi böyük qələbəyə aparacaqdır. Sonra şagirdlərin ifasında Vətən, məktəb, elm,blik haqqında seirlər söyləndi, mahnılar ifa edildi. Məktəbə ilk qədəm qoyan birincilər öz ürək sözlərini dedilər. Tədbirimizdə iştirak edən Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının müavini Büsal İsmayılov gənc nəslin təlim- tərbiyəsi istiqamətində ölkə başçısının məqsədyönlü fəaliyyətindən danışaraq yeni tədris ilinin başlanması münasibəti ilə məktəb kollektivini təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi