Pedaqoji Şuranın növbəti iclası keçirilib

16.06.2017-ci il tarixdə məktəbin Fəaliyyət Planına uyğun olaraq Pedaqoji Şuranın növbəti 5-ci iclası keçirildi. İclasda məktəbin 2016-2017-ci tədris ilinin yekun hesabatı, I - VIII və X sinif şagirdlərinin sinifdən – sinfə keçirilməsi, IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında iştirakı, eyni zamanda fənlər üzrə İllik proqram materiallarının yerinə yetirilmə vəziyyəti, 2017 – 2018 – ci tədris ili üçün dərs bölgüsü, məktəbdənkənar və sinifdənxaric işlərin hesabatı və məktəbin illik fəaliyyəti müzakirə edildi və məsələlər ətrafında çıxışlar dinlənildi. Pedaqoji Şura məruzə və çıxışlarla bağlı müvafiq qərarlar qəbul etdi. İl ərzində fənni üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli işlər görən, tədbir və layihələrdə fəaliyyəti ilə fərqlənən müəllimlərə Fəxri Fərmanlar verildi.