Son dərsin son zəngi çalındı

Məktəbin Fəaliyyət Planının 1.3.29-cu bəndinə əsasən 14.06.2017-ci il tarixdə XI sinif şagirdlərinin buraxılışına həsr olunmuş "Son zəng" tədbiri keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün xanım Əliyeva, icra aparatının nümayəndələri, valideynlər, sabiq məzunlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mailə İsmayılova qeyd etdi ki, 2016-2017-ci tədris ilində tam orta təhsil kursunu bitirən 93 nəfər şagird yeni həyata vəsiqə qazanır. Gənclik hər bir millətin təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmlandirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ulu öndərimiz, ümummillili liderimiz Heydər Əliyev demişdir: Xalq öz ziyalıları, mədəniyyəti və təhsili ilə tanınır. Azərbaycan təhsili bu gün öz inkişafının yeni dövrünü yaşayır. Hörmətli prezidentimiz cənab İlham Əliyev gənc nəslin vətənpərvər vətəndaş kimi böyüməsi üçün təhsilə xüsusi diqqət və qayğı göstərir. Dərsliklər dövlət hesabına çap olunur, şagirdlərə pulsuz verilir. Məktəblər müasir avadanlıqlarla təchiz olunur. Hər bir gəncin gələcəkdə dövlət hesabına Azərbaycanda və dunyanın ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılır. Bu gün doğma Azərbaycanımızda sabitlikdir, əmin-amanlıqdır, iqtisadi inkişaf davam edir. 2017-ci il ölkə prezidenti tərəfindən İslam Həmrəyliyi ili elan olunmuşdur. Azərbaycan multikultural dəyərlərə önəm verən toleranrt ölkədir və gənc nəsil milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyə olunur. Məktəbi bitirən gənclərimiz əsil vətənpərvər olaraq vətənə ləyaqətlə xidmət edəcəklər. Sonra tədbirdə çıxış edənlər Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün xanım Əliyeva məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi