"Öz dünyanı boya" rəsm müsabiqəsinin qalibi

Binəqədi rayonunda “15 iyun Milli Qurtuluş Günü” münasibətilə məktəblilər arasında keçirilən “Öz dünyanı boya” adlı I respublika rəng festivalının final mərhələsi keçirilib.Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd etmişdir ki, milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. O cümlədən, natiqlər çıxışlarında bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Sonra "Öz dünyanı boya” I respublika rəng festivalının qalibləri elan edilrək mükafatlandırıldı. Məktəbimizin 9-cu "b" sinif şagirdi Cəlilov Hüseyn Akif oğluna II yerin qalibi olaraq Fəxri Fərman və planşet təqdim olundu. Mükafatlandırma mərasimində çıxış edənlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Rəssamlar İttifaqın katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, FAB Boya və Kimya Sənayesi MMC-nin Təsisçisi Anar Əliyev qalibləri təbrik edərək uğurlar diləyiblər.Tədbir bədii hissə ilə davam edib.