“Yay qiraəti” layihəsi

09.06.2017-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Yay qiraəti” adlı layihə həyata keçirildi. Tədbir yaşayış binalarının ətrafındakı meydançada təşkil olundu. Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndarlı, Rusiya Səfirliyinin Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təhsil proqramı üzrə koordinatoru Natiq Əliyev, Rus Dünyası Mərkəzinin direktoru Arzu Sahibqızı, Rus Kitab Evinin direktoru İsrafil İsmayılov, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs magistrantı çinli Yan Tin, Binəqədi rayon 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin metodisti Nuranə Novruzova, Nəsimi rayon Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin nümayəndələri, Binəqədi rayon MKS-nin filial müdirləri və 102 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi iştirak etdi. Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndarlı qonaqları salamlayaraq tədbiri açıq elan etdi.Tədbirdə çıxış edən S.Məmmədova, J. Tofiqqızı, Ü. Usubova və N. Əliyev “Yay qiraəti” layihəsinin məqsədi barədə danışdılar. Qeyd edildi ki, layihənin əsas məqsədi yay tətilini heç yerə getməyib şəhərdə keçirən uşaqlar üçün asudə vaxtın səmərəli təşkili və məktəblilər arasında kitabin, mütaliənin təbliğidir. Bildirildi ki, Binəqədi rayon MKS-nin “Yay qiraəti” layihəsi hər cümə günü eyni ərazidə təşkil olunacaqdır. Şagirdlər oxuduqları kitabları qaytararaq yeni ədəbiyyat nüsxələrini götürəcəklər. Oxuduqları kitablar əsasında isə məktəblilər esse yaza, həmin kitabdan bəhs edən rəsmlər çəkə bilərlər. Eyni zamanda Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzləri də iştirak edərək uşaqlarla məşğul olacaq, rəsm çəkməyi öyrədəcəklər. Həmçinin uşaqların görüşünə Bakı Dövlət Universitetinin Rusiya Dünyası Fondu və yazıçılar gələcək. Çəkilən rəsmlər və yazılan esselər Binəqədi rayon MKS-nin binagadi.cls.az saytında və facebook səhifəsində yerləşdiriləcəkdir. Layihənin nəticəsi sentyabr ayında bəlli olacaq, səsvermə yolu ilə qalib müəyyən ediləcəkdir. Qalib “Yay qiraətinin lideri” adlandırılacaq və ona müxtəlif mükafatlar təqdim olunacaqdır. Tədbir zamanı şagirdlərimiz kitabxanaya üzv yazıldılar və asudə vaxtlarında oxumaq üçün bədii ədəbiyyat nüsxələrini seçdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi