Mükafatlandırma mərasimi keçirildi

Fəaliyyət planına uyğun olaraq 09.06.2017-ci il tarixdə məktəbin I-IV siniflərində il ırzində keçirilən məktəbdaxili olimpiadalarda, fənn və digər musabiqələrdə qalib olan şagirdlərin mükafatlandırma mərasimi keçirilib. Mərasimin təşkil olunmasında əsas məqsəd şagirdlərin olimpiada və müsabiqələrə cəlb edilməsi, onlarda rəqabətlilik, qaliblik, liderlik kimi hislərin formalaşdırılması, fərqlənən şagirdlərin rəğbətləndirilməsidir. Mərasimi giriş sözü ilə açan məktəbin direktoru M.H.İsmayılova şagirdləri təbrik edərək onları daha yaxşı oxumağa, daha yüksək nəticələr əldə etməyə ruhlandırdı. Olimpiada və müsabiqə qaliblərinə Fəxri Fərmanlar və diplomlar verildi. Mükafatlandırma mərasimi bədii hissə ilə yekunlaşdı.