Ana müqəddəs varlıqdır

Məktəbin Fəaliyyət Planının 1.3.9-cu bəndinə əsasən məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində işlər davam etdirilir. 07.06.2017-ci il tarixdə məktəbin kitabxanasında 7-ci "a" sinif şagirdlərinin təqdimatında Əli Kərimin "Qaytar ana borcunu" şeirinin müzakirəsi təşkil edildi. Şeiri təhlil edən şagirdlər ananın övladına olan sevgisinin, məhəbbətinin sonsuzluğunu, ananın müqəddəs varlıq olduğunu bir daha vurğuladılar, öz analarına olan hörmətlərindən söhbət açdılar. Qeyd etdilər ki, hər bir övlad onu dünyaya gətirən, qayğısını çəkən anaya borcludur və bu borcu qaytarmaq mümkün deyil.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi