Birinci siniflərdə şənlik

06.06.2017-ci il tarixdə məktəbimizin birinci siniflərində şənlik keçirildi. Yazıb-oxumağı bacaran şagirdlər ana dili, riyaziyyat, ingilis dili, həyat bilgisi, informatika fənlərindən il ərzində öyrəndikləri bilik və bacarıqlarınıı nümayiş etdirdilər. Söylədikləri şeirləri ilə ana vətənimiz Azərbaycana məhəbbətlərini ifadə etdilər. Mahnılar oxudular, rəqs etdilər, yarışdılar, səhnəciklər göstərdilər. Çıxış edərək vətənə layiqli övladlar olacaqlarına söz verdilər.