Məktəbimiz "Ayın ən yaxşı məktəb saytı" müsabiqəsinin may ayı üzrə qalibidir

Bakı Şəhəri üzrə Təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında keçirilən “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin may ayı üzrə qalibləri seçilib. Məktəb saytlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədi ilə keçirilən müsabiqədə Bakı şəhəri üzrə 12 qalib məktəb seçilib. Məktəbimiz də qaliblərin sırasındadır. Müsabiqənin may ayı üzrə qalibi olan məktəblərin kollektivlərini təbrik edirik! Gənc nəslin təlim-tərbiyəsi istiqamətində gördüyümüz işləri dəyərləndirib qiymət verənlərə, uğurlarımıza sevinib dəstək olanlara dərin hörmət və minnətdarlıq hissi ilə təşəkkür edirik.