IX siniflərdə böyük summativ qiymətləndirmə

30.05.2017-ci il tarixdə məktəbin IX siniflərində Azərbaycan bölməsi üzrə riyaziyyyat, kimya, fizika, Azərbaycan tarixi, ümumi tarix, rus bölməsi üzrə Azərbaycan dili, fizika, kimya, coğrafiya, ingilis dili fənlərindən böyük summativ qiymətləndirmə aparılıb. BSQ-nin aparılmasında məqsəd şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin yoxlanılmasıdır. Hər fənn üzrə şagirdlər 20 test tapşırığını cavablandırıblar.