"Ölkəmizi tanıyaq, tanıdaq"

Məktəbin 2016-2017-ci tədris ili üçün Fəaliyyət Planının 1.3.27-ci bəndinə əsasən “Müasir və müstəqil Azərbaycançılıq ideyaları”nın təbliği məqsədilə "Sağlam həyat tərzi" aylığı çərçivəsində "Ölkəmizi tanıyaq, tanıdaq" devizi altında şagirdlər arasında müxtəlif səpkili tədbirlər həyata keçirilir, ekskursiyalar təşkil olunur. Növbəti ekskursiya Azərbaycanın səfalı guşələrindən biri olan İsmayıllıya təşkil olundu. Keçirilən hər bir tədbirin əsas məqsədi şagirdləri xalqa, vətənə, doğma torpağa sevgi, məhəbbət ruhunda tərbiyə etmək, hər bir Azərbaycan gəncinə hər şeydən əvvəl milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmağı, sağlam həyat tərzi keçirməyi, sağlam düşüncəyə malik olmağı, müstəqil Azərbaycanımızın bu günü, gələcəyi haqqında düşünməyi və övladlıq, vətəndaşlıq borcunu tam məsuliyyəti ilə dərk etməyi aşılamaqdır. İsmayıllıda, təbiət qoynunda "Xan bağı"nda dincələn, ürəkaçan mənzərələrdən zövq alan 9-cu "a" sinif şagirdləri xoş təəssüratla geri döndülər.