"Ən yaxşı foto-albom" müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illyi ilə əlaqədar silsilə tədbirlər keçirilib. Belə ki, 28 May Respublika Günü münasibətilə məktəb üzrə 1-11-ci siniflər arasında doğma yurdumuz Azərbaycan, onun tarixi, mədəniyyəti, incəsənəti, etnoqrafiyası, təbii sərvətləri; flora və faunası, maddi və mənəvi dəyərləri barədə "Ən yaxşı foto-albom" müsabiqəsi keçirildi və müsabiqədə yer tutan ən yaxşı foto-albomların sərgisi təşkil olundu. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin milli-mənəvi ruhda tərbiyə edilməsi istiqamətində işlərin davam etdirilməsi, onların respublikamızın maddi və mənəvi sərvətləri ilə yaxından tanış olması, vətənə layiqli övlad və vətənini sevən, onu qorumağa hazır olan əsl vətəndaş kimi formalaşması, milli ruhda - Azərbaycançılıq ideyaları əsasında tərbiyə olunmasıdır. Müsabiqəyə təqdim olunmuş foto-albomlardan 1”b”, 5”a”, 5d”, 6”q” 10”q” siniflərinin tərtib etdikləri albomlar məzmun və tərtibat baxımından yüksək qiymətləndirilmiş və 26.05.2017-ci il tarixdə 314 №-li tam orta məktəbdə təşkil edilmiş məktəblərarası foto-albom müsabiqəsinə göndərilmişdir. Foto-albomlar sərgidə nümayiş etdirilmiş və Fəxri Fərmana layiq görülmüşdür.