XI siniflərdə məktəbdaxili monitorinq keçirilib

Məktəbin Fəaliyyət Planının 1.1.4.2-ci bəndinin reallaşdırılması üçün 26.05.2017-ci il tarixdə rus bölməsinin 11-ci siniflərində rus dili və ədəbiyyat, ingilis dili, riyaziyyat, fizika, kimya fənlərindən məktəbdaxili monitorinq keçirilmişdir. Monitorinqin keçirilməsində əsas məqsəd 11-ci sinif şagirdlərinin müvafiq fənlər üzrə təlim nəticələrinin və buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsidir. İmtahan saat 10.00-da başlandı. 2 saat ərzində şagirdlər verilmiş test tapşırıqlarını cavablandırdılar.