"Sağlam həyat tərzi: ətirli sabunlar"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunub. Mövzu ilə əlaqədar olaraq 25.05.2017-ci il tarixdə məktəbin 7 "d" sinif şagirdləri araşdırmalar apararaq təbii üsulla sabunun hazırlanma qaydasını öyrəndilər və "Sağlam həyat tərzi: ətirli sabunlar" mövzusunda maraqlı təqdimat etdilər. Onlar sabunun hazırlanması üçün əldə etdikləri təbii vasitələrdən istifadə edərək biologiya müəllimi Lyudmila Mehdiyevanın köməyi ilə təcrübə apardılar. İnsanların sağlamlığının qorunmasında və gigiyenasında ən əhəmiyyətli və vacib vasitələrdən olan sabun hazırladılar. Adi şəraitdə hazırlanan sabunun tərkibinə təbii rəngləyici və ətirverici maddələr, efir yağları, badam, çay ağacı, zeytun, lavanda yağları, çobanyastığı dəmləməsi, təmizlənmiş su əlavə etdilər. Bişirdikləri sabunu bərkimək üçün qəliblərə tökdülər. Hazırladıqları maye və bərk sabunları nümayiş etdirərək müəllim və şagirdlərə payladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi