28 May Respublika Gününə həsr olunmuş müsabiqə

25.05.2017-ci il tarixdə məktəbimizdə 28 May Respublika Gününə həsr olunmuş foto-albom müsabiqəsi keçirilib. Məktəbin foyesində şagirdlərin hazırladıqları foto-albomların sərgisi təşkil olunub. Sərgini giriş sözü ilə açan məktəbin direktoru Mailə İsmayılova şərqdə yaranan ilk demokratik respublika haqqında geniş məlumat verərək qeyd edib ki, ADR bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə, ADR-nın varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş, onlar üçün örnək olmuşdur. Cəmi 23 ay yaşayan demokratik dövlət bolşeviklərin hakimiyyətə gəlişi ilə süquta uğramışdır. Tarixin ağır sınaqlarından keçən Azərbaycan öz müstəqilliynə yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə qovuşdu. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət quruldu. Dövlətimizin ərazi bütövlüyünün bərpası, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi, erməni təcavüzünün qarşısının alınması kimi çətin tarixi vəzifələr ulu öndərin uzaqgörən siyasəti nəticəsində öz həllini tapdı. Məktəbin direktoru Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğunu bildirilib, dahi rəhbər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün respublikamızın inamla irəlilədiyini, tərəqqi etdiyini, dünya dövlətləri arasında hörmət və nüfuz qazandığını nəzərə çatdırıb. Çıxış edən müəllimlər şagirdlərə tarixin sərt imtahanlarından qalibiyyətlə çıxmış vətənimizi sevməyi, onu qorumağı,vətənə layiqli övladlar olmağı tövsiyə ediblər. Sonra şagirdlər müstəqillik, vətənpərvərlik haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər. Münsiflər heyəti tərəfindən sərgiyə baxış keçirilib, I, II, III, yerlərin qalibləri seçilib, müsabiqədə fərqlənən şagirdlərə təşəkkür elan edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi