"Gənc xilasedici və yanğınsöndürən" yarışı keçirilib

Azərbaycan Respublikasının Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman Nazirliklərinin razılığına əsasən, Fövqəladə Hallar Nazirliyinin 11 aprel 2017-ci il tarixli 034 nömrəli əmri ilə 24.05.2017-ci il tarixdə ümumi təhsil məktəbliləri arasında "Gənc xilasedici və yanğınsöndürən" yarışının rayon birinciliyi keçirilib. Yarışda 14-17 yaşadək məktəblilər iştirak edib. "Gənc xilasedici və yanğınsöndürən" yarışı şagirdlər arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət yarışdır. Yarışın keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hislərinin aşılanması, gənc nəsillərdə hərbi vətənpərvərlik ruhunun artırılması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğ olunmasıdır. Bu yarışda iştirak edən şagirdlərimiz III yerə layiq görülüb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi