İdmançı qardaşların uğurları

Ölkəmizdə keçirilən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri uğurla iştirak edərək qalib olublar. Belə ki, məktəbimizin 6-cı "a" sinif şagirdi Hacıyev Əli IV İslam Həmrəyliyi oyunlarının təbliğinə həsr edilmiş kütləvi idman yarışlarında Şəmkir zonası üzrə karate idman növündə I yeri tutub. Onun qardaşı 4-cü "a" sinif şagirdi Hacıyev Ayaz isə 35 kq çəki dərəcəsində Bakı zonası üzrə karate idman növündə III yerə layiq görülüb. Hər iki qardaş diplom və medallarla təltif edilib. Ayaz həm də "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının proqramlarına daxil edilmiş məktəblilərin karate idman növündə yüksək döyüş bacarığı və əzmkarlıq nümayiş etdirdiyinə görə Fəxri fərmanla təltif olunub.