"İdman sağlamlığın rəhnidir"

"Təhsili dəyərə çevirək” devizi altında həyata keçirilən “Sağlam həyat tərzi" ekoloji aylığı çərçivəsində məktəbin 4 -cü "a" şagirdlərinin iştirakı ilə 23.05.2017-ci il tarixdə fiziki tərbiyə dərsində idmanın müxtəlif növləri üzrə yarış təşkil edildi. Yarışın keçirilməsində məqsəd fiziki tərbiyə fənni üzrə şagirdlərin bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin yoxlanılması, istedadlı şagirdlərin aşkar edilməsi, sağlam həyat tərzinin təbliği, şagirdlərdə rəqabətlilik, qalib olmaq hissinin formalaşdırılmasıdır. Şagirdlər idmanın müxtəlif növləri üzrə güclərini sınadılar. Yarışda "Qızlar" komandası 2:1 hesabı ilə "Oğlanlar" komandasına qalib gəldilər. "İdman sağlamlığın rəhnidir" deyən qızlar əldə etdikləri qələbədən ruhlanaraq rəqs etdilər, yallı getdilər.