II-IV siniflərdə məntiq olimpiadası keçirilib

22.05.2017-ci il tarixdə II-IV sinif şagirdləri arasında məntiq olimpiadası keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd müstəqil düşüncə qabiliyyətinə, məntiqi təfəkkürə malik istedadlı şagirdlərin aşkar edilməsi, onların məntiqi təfəkkürünün inkişaf etdirilməsidir. Saat 11.00-də başlayan olimpiadada II-IV siniflər üzrə 50 nəfər şagird iştirak edib. Şagirdlər 1 saat ərzində 20 test tapşırığını cavablandırıblar.