Heydər Əliyev Mərkəzinə ekskursiya

20.05.2017-ci il tarixdə məktəbin 3-cü "q" sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə eskursiyası təşkil edilib. Ekskursiyanın keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkili, ümummilli lider Heydər Əliyevin dövlətçilik, Azərbaycançılıq ideyalarının şagirdlər arasında geniş təbliği, ulu öndərin irsi ilə şagirdlərin yaxından tanış edilməsidir. Ekskursiya zamanı sagirdlərə muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib. Şagirdlər xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri, maketlərlə tanış olub, muzeyin kolleksiya fonduna tamaşa ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi