Sağlam bufet

18.05.2017-ci il tarixdə 9 "q" sinif şagirdləri "Sağlam həyat tərzi" mövzusunda araşdırmalarını davam etdirərək məktəbin foyesində meyvə və tərəvəzlərdən hazırladıqları qidalardan ibarət sərgi təşkil etdilər. Onlar qidaları təqdim edərkən istifadə etdikləri meyvə və tərəvəzlərin insan orqanizmi üçün faydalı xüsusiyyətlərindən və əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, Azərbaycan torpağı yeraltı sərvətlərlə, mineral ehtiyatlarla zəngindir, həm də ən nadir ağacların, bitkilərin, o cümlədən dərman bitkilərinin, meyvə və tərəvəzəlrin məskənidir. Təbiətin insanlara ən böyük və xeyirli töhfəsi əvəzsiz qida məhsulları olan meyvələr, tərəvəzlər, giləmeyvələrdir. Hər bir insan sağlamlığını qorumaq, orqanizmini vitaminlərlə, mineral maddələrlə təmin etmək, xəstəliklərdən qorunmaq, sağlam yaşamaq məqsədilə meyvə və tərəvəzlərdən qədərincə istifadə etməlidir. Sonra şagirdlər hazırladıqları növbənöv salatları, kompotları şadird yoldaşlarına təqdim etdilər, onları sağlam qidalarla qidalanmağa çağırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi