Ailə dəyərlərimizi qoruyaq

18.05.2017-ci il tarixdə "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşkilatçılığı ilə məktəbin IX-XI sinif şagirdləri ilə "Ailə dəyərlərimizi qoruyaq" mövzusunda seminar keçirilib. Seminarı "Aydınlığa doğru" İctimai Birliyinin əməkdaşı ilahiyyatçı Ağa Hacıbəyli aparırdı.Qeyd edildi ki, ailə, isti ocaq, övlad sevgisi də insanlara verilən ən gözəl hədiyyədir. Ən gərgin anlarında insan öz evində rahat nəfəs alır, övladının üstünə yüyürməsi, bir şirin gülüşü onu gərginlikdən azad edir. Dahi Azərbaycan alimi Nəsirəddin Tusi "Əxlaqi-Nasiri" əsərində yazır ki, insanlar tək yaşaya, inkişaf edə, kamala çata bilməzlər. Onların ailə şəklində yaşama ehtiyacları var. Qurulan ailə ocağı qarşılıqlı səmimiyyətə, inama, sevgiyə, bir də milli-mənəvi, əxlaqi dəyərlərə tapınıb yanarsa, heç vaxt sönməz." Gələcəyin vətəndaşı olan uşaqlar ailədə tərbiyə alır, tam, bütöv ailələrdə mənəvi cəhətdən sağlam nəsil formalaşır. Ailələrimizi yad ünsürlərdən qorumalı, ona dəyər verməliyik. Diskussiya şəklində davam edən tədbirdə şagirdlərin verdiyi suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi