Beynəlxalq Muzeylər Günü ilə əlaqədar ekskursiya

18 may Beynəlxalq Muzeylər Günü ilə bağlı olaraq 18.05.2017-ci il tarixdə 3"b" sinif şagirdlərinin İçərişəhərə ekskursiyası təşkil olundu. Ekskursiyanın keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, Azərbaycanın qədim tarixi memarlıq abidələri haqqında biliklərini artırmaq, onları milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət ruhunda tərbiyə etməkdir. Ekskursiya zamanı şagirdlər İçərişəhərin qədim memarlıq abidələri ilə yaxından tanış oldular. Onlara İçərişəhərdə yerləşən Azərbaycan memarlığının inciləri olan Qız qalası və Şirvanşahlar saray kompleksi haqqında ətraflı məlumat verilərək qeyd edildi ki, İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya irsi Siyahısına daxil edilib. Şagirdlər qoruq ərazisində yerləşən tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, muzeylər barədə də maraqlı məlumatlar öyrəndilər. Muzeylərdəki eksponatlara, qədim məişət əşyalarına, geyim nümunələrinə maraqla tamaşa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi