Gigiyena və sağlamlıq

"Sağlam həyat tərzi" ekoloji aylığı ilə bağlı 17.05.2017-ci il tarixdə məktəbin 8"q" sinif şagirdləri "Gigiyena və sağlamlıq" mövzusu ətrafında araşdırmalar apardılar. Onlar "Zərərli vərdişlərdən uzaq olmalı", "Xəstəliklərdən qorunmaq üçün təmizliyə riayət etməli", "Dişləri necə qorumalı" mövzuları üzrə təqdimatlar hazırladılar. Qeyd etdilər ki, hər bir insan şəxsi gigiyena qaydalarına əməl etməli, təmizliyi gözləməli, sağlamlığının qayğısına qalmalıdır. Sonra siniflərdə şagirdlər arasında reydlər apardılar. Anket sorğusu keçirdilər.