Azərbaycanın dərman bitkiləri

"Sağlam həyat tərzi" ekoloji aylığı ilə bağlı olaraq 17.05.2017-ci il tarixdə məktəbin 8 "q" sinif şagirdləri bitkilərin insanların həyatındakı rolunu və müalicəvi xassələrini araşdıraraq "Azərbaycanın dərman bitkiləri" mövzusunda təqdimatlar etdilər. Qeyd edildi ki, torpaqlarımız münbitdir, məhsuldardır: çəmənlik, çöllük, dağlıq, meşəlik, bataqlıq və səhralarda bitən müxtəlif bitkilər insanlara şəfaverici xüsusiyyətlərə malikdir, bir sözlə, bizi əhatə edən təbiət əsil loğmandır. Dərman bitkiləri qədimdən xalq təbabətində istifadə olunur. Bütün dünyada tətbiq olunan dərmanların əksəriyyəti bitkilərdən hazırlanır. Bitkilərdən hazırlanan dərman preparatları, vitaminlər, mineral maddələr, mikroelementlər insan üçün ən dəyərli olan sağlamlığın qorunmasına, saxlanmasına kömək edir. Sonra şagirdlər müxtəlif xəstəliklər barədə məlumat verdilər, onların qarşısının alınmasıda dərman bitkilərinin əhəmiyyətini qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi