17 may Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günüdür

Mayın 17-də 144 nömrəli məktəbdə Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü ilə əlaqədar olaraq 5-ci sinif şagirdləri arasında informatika fənni üzrə bilik yarışı keçirildi. Bilik yarışında məktəbimizin "Alqoritm" komandası iştirak edirdi. Çıxış edən şagirdlər "17may Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü" haqqında ətraflı məlumat verdilər, İnformatika fənninə həsr edilmiş səhnəciklər təqdim etdilər. Sonra Binəqədi rayonu üzrə 102,144 və 157 nömrəli tam orta məktəblərin 5-ci sinif şagirdləri arasında bilik yarışı başladı. Bilik yarışında hər üç məktəbin komandası fəallıq göstərdi. Məktəbimizin "Alqoritm" komandası II yerə layiq görüldü. Tədbirin sonunda bilik yarışının iştirakçılarına və qalib komandalara məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim edildi, birlikdə xatirə şəkli çəkildi. Ümid edirik ki, təşkil edilmiş tədbir və bilik yarışında iştirak şagirdlərə informatika fənnini sevməkdə və daha yaxşı öyrənməkdə, İKT-dən səmərəli istifadə etməkdə müsbət təsir edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi