"Ali məktəblərə qəbul imtahanı nədir və ona necə hazırlaşmalı?"

Dərs Evi-innovativ tədris mərkəzinin təşəbbüsü ilə "Məktəb icmaları" layihəsi çərçəvəsində "Ali məktəblərə qəbul imtahanı nədir və ona necə hazırlaşmalı" adlı sosial layihənin reallaşdırılması məqsədi ilə 16.05.2017-ci il tarixdə məktəbin 9-10-cu sinif şagirdlərinin iştirakı ilə maarifləndirici seminar keçirildi. Seminarı təşkil edən Dərs Evi- innovativ tədris mərkəzinin fizika müəllimi Viktor Başarov və biologiya müəllimi Sevil Nəsirova ali məktəblərə qəbul imtahanı, imtahanlara hazırlaşmaq qaydaları, cavab kartlarının doldurulması, imtahanlarda uğurlu nəticələrin əldə edilməsi və imtahanlarla bağlı digər məsələlər haqqında şagirdlərə geniş və ətraflı məlumat verdilər. Şagirdlər Dərs Evi və Community.az tərəfindən təqdim olunan xüsusi təkliflər və endirimlərdən yararlanmaq və tədbirlərə dəvət almaq üçün seminarın qeydiyyat vərəqini doldurdular.