"Fövqəladə hallarda davranış qaydaları"

"Məktəblinin Dostu" pilot layihəsinə daxil olan məktəblərdə "Fövqəladə hallarda davranış qaydaları" adlı maarifləndirici təlimlərə start verilib. Məktəbimizin 3-cü və 4-cü siniflərində məktəblinin dostları Əliyev Nicat, Talıblı Ülkər və Cəbiyeva Nailənin təşkilatçılığı ilə təlim keçirilib.Təlimin keçirilməsində məqsəd şagirdlərdə fövqəladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması, fövqəladə hallarda düzgün davranış qaydalarınının təbliğ edilməsidir. Təlim zamanı şagirdlərə yanğınların baş vermə səbəbləri, zəlzələlər və digər hadisələr haqqında məlumatlar verilib, hadisə baş verərsə, mühafizə olunmağın yolları, ilkin tibbi yardımın göstətilməsi öyrədilib. Təlimlər şagirdlərin yaş qruplarına uyğun ibtidai və yuxarı sinif şagirdləri üçün ayrı-ayrılıqda təşkil olunur. Maarifləndirici təlimlərin keçirilməsi may ayının sonuna kimi davam edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi