Təmiz havada gəzinti

“Sağlam həyat tərzii” ekoloji aylığı ilə bağlı olaraq şagirdlərdə ətraf mühitə, təbiətə, maraq oyatmaq, ekoloji biliklər formalaşdırmaq, sağlam həyat tərzi haqqında bilgilər formalaşdırmaq məqsədi ilə 3"b" sinif şagirdlərinin Mərdəkanda yerləşən Dendrologiya parkına ekskursiyası təşkil olundu. Şagirdlər parkı gəzərək burada olan nadir ağaclar, bitkilər, gül və bəzək kolları ilə yaxından tanış oldular, onların faydalı xüsusiyyətlərini müəllimin köməyi ilə araşdırmağa çalışdılar. Uşaqlar qeyd etdilər ki, yaşıl ağaclar, bitkilər havanı oksigenlə zənginləşdirir, insanın əhvali-ruhiyyəsini yaxşılaşdırır, insanlarda bədii zövqün formalaşmasına zəmin yaradır. Yaşıllıqlarla əhatə olunmuş bağlarda, parklarda, meşələrdə gəzən insanlar sağlam və gümrah olurlar. Hər gülü, çiçəyi, ağacı, ətraf aləmi diqqətlə nəzərdən keçirən, müşahidə aparan şagirdlər belə nəticəyə gəldilər ki, yaşıllığı məhv etmək olmaz, onu qorumaq və artıırmaq lazımdır, çünki onlar insanların sağlamlığını qoruyur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi