“Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasının qalibi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayının qalibləri məlum olub. “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasında 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri və fəallıqları ilə seçilən məktəblərin adları açıqlanıb. “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyası üzrə məktəbimiz II yerə layiq görülüb. Təbrik edirik. Şagirdlərimiz böyük ruh yüksəkliyi ilə növbəti "Sağlam həyat tərzi" mövzusuna həsr olunmuş ekoloji aylıqda I yerin qalibi olmaq arzusu ilə araşdırma və tədqiqat işləri apararaq müxtəlif səpkili tədbirlərin reallaşdırılması üçün fəaliyyətlərini davam etdirirlər.