Şadirdlərimiz Dendro-parkda

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzii” mövzusu ətrafında araşdırmalar aparmaq, şagirdlərdə təbiətə qayğı və məhəbbət oyatmaq, ekoloji biliklərini zənginləşdirmək məqsədi ilə 6"d" sinif şagirdlərinin Mərdəkanda yerləşən Dendrologiya parkına ekskursiyası təşkil olundu. Şadirdlər parkı gəzərək burada olan nadir bitki növləri, ağaclar, gül və bəzək kolları ilə yaxından tanış oldular. Şam, küknar ağaclarının, bitkilərin quruluşunu, faydalı xüsusiyyətlərini, əhəmiyyətini araşdırdılar. Şagirdlər parkda Dendrologiya İnstitutunun müəllimi biologiya elmləri doktoru, professor Əsədov Hüseynağa Həsən oğlu ilə görüşdülər. Professor Əsədov təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişlənməsi və onların genofondunun təbii şəraitdə saxlanılması, insanların sağlamlığının qorunması üçün Azərbaycanın təbii bitki ehtiyatları, dərman bitkiləri, Azərbaycan florasından yeni növlərin, bioloji aktiv maddələrin seçimi, dərman bitkilərinin biokimyəvi əlamətlərinin növ dəyişkənliyinin tədqiqatı, xüsusi mənşəli yeni vitamin və müalicəvi-profilaktik məhsulların alınması və istifadəsi haqqında şagirdlərə geniş və ətraflı məlumat verdi. Alimin maraqlı məlumatlarını diqqətlə dinləyən şagirdlər dəftərlərində qeydlər apardılar. Onları maraqlandıran suallar professor tərəfindən cavablandırıldı. Ekoloji problemlər, havanın çirkləndirilməsi, "yaşıl şəbəkə"nin insanın sağlamlığında və təbiətdəki rolu haqqında alimlə şagirdlər arasında maraqlı diskussiya alındı. Şagirdlər yaşıllığı qorumağın, təbiəti mühafizə etməyin sağlamlığın vacib şərtlərindən biri olduğunu əminliklə təsdiq etdilər.