Sağlam həyat tərzi: Sağlam qida

"Çox yeyən deyil, ən vacib qidanı qəbul edənlər sağlam ola bilərlər" deyimini əsas götürən 9-cu "q" sinfinin şagidləri "Sağlam həyat tərzi: Sağlam qida" mövzusu üzərində araşdırmalar apardılar. Şagirdlər belə nəticəyə gəldilər ki, orqanizmin faydalı qida maddələri ilə təmin edilməsi, normal və sağlam inkişafı üçün müntəzəm olaraq bitki və heyvan mənşəli qidalardan, meyvə və tərəvəzlərdən istifadə edilməlidir. Bunu nəzərə alan şagirdlər məktəbin bufetində müalicəvi xüsusiyyətlərini öyrəndikləri gicitikən, əməköməci, əvəlik və müxtəlif tərəvəzlərin qarışığından qutab bişirməyi qərara aldılar. Onlar bişirdikləri dadlı qutabları müəllim və şagirdlərə payladılar. Apardıqları araşdırmaların nəticəsi olaraq şagirdlər belə qənaətə gəldilər ki, düzgün və faydalı qidalarla qidalanmaq sağlam həyat tərzinin mühüm tərkib hissəsidir və hər bir insan öz sağlamlığını qorumalı, yeməyinə diqqət yetirməli, qidalanmanın üç qaydasına riayət etməlidir; qida rasionu müxtəlif olmalıdır, qida orta dərəcədə və müntəzəm qəbul edilməlidir. Beləliklə, sağlam qidalarla qidalanın, az yeyin, sağlam olun!