Ailə dəyərlərimizi qoruyaq: Sağlam ailə, sağlam nəsil

10.05.2017-ci il tarixdə məktəbimizdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin "Ailə dəyərlərinin inkişafına dəstək" proqramı daxilində "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşkilatçılığı ilə "Ailə sevgi, sədaqət və həmrəylik məktəbidir" devizi altında məktəbimizin valideynləri ilə maarifləndirici görüş keçirildi. Görüşdə Bakı Dövlət Universitetinin dosenti Səbinə Həmid qızı Mirzəyeva "Övladlarımız xəzinəmizdir mövzusunda söhbət apardı.Qeyd edildi ki, hər bir uşağın haqqı vardır ki, saf, təmiz münasibətlər əsasında qurulan, milli-mənəvi dəyərlərimizi özündə cəmləşdirən sağlam ailələrdə böyüyüb tərbiyə alsınlar. Atalar demişkən: "Yaxşı valideynlərin övladlarına qoya biləcəyi ən böyük miras sərvət, var-dövlət deyil, gözəl əxlaq və təhsildir." Uşağın qəlbi heç əkilməmiş tarla kimidir, ora nə əkilərsə, o da cücərər. Ailədaxili münaqişələr, boşanmalar, qeyri-normal ailə şəraiti uşağın gələcək inkişafına, onun psixologiyasına mənfi təsir göstərir. Sonra validenlərə gələcəyimiz olan uşaqları mənfi emosiyalardan, yad təsirlərdən uzaq sağlam ailə mühitində böyütmək, uşağı dəyərləndirmək tövsiyə olundu. Mövzu ətrafında geniş müzakirələr aparıldı, valideynlərin sualları cavablandırıldı.