Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblərarası idman yarışı keçirilib

10.05.2017- ci il tarixdə məktəbimizdə müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə məktəblərarası idman yarışı keçirilib. Şagirdlərimiz 276 nömrəli tam orta məktəbin şagirdləri ilə yarışıblar. Yarışın keçirilməsində əsas məqsəd Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi, onun zəngin irsinin şagirdlər arasında geniş təbliğ edilməsi, eləcə də, idman üzrə bacarıqlı, iradəli, qələbə əzmli şagirdlərin üzə çıxarılması, şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması, məktəblərarası dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. İdmanın çoxnövçülüyü üzrə yarışan komandalar böyük ruh yüksəkliyi ilə yarışı başa vurdular. 1, 2, 3-cü yerlərin qaliblərinə və fərqlənən şagirdlərə diplomlar təqdim olundu.