Asfalt üzərində rəsm müsabiqəsi keçirilib

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə məktəbin həyətində asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 70 nəfər şagird iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin xatirəsinin hörmətlə yad edilməsi, onun zəngin irsinin, dövlətçilik, azərbaycançılıq ideyalarının şagirddlər arasında təbliğ olunması, eyni zamanda təsviri incəsənət sahəsində istedadlı, qabiliyyətli şagirdlərin aşkar edilməsi və rəğbətləndirilməsidir. Müsabiqə zamanı şagirdlər ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər, mahnılar oxuyublar. Sonda isə şagirdlər tərəfindən fləşmob nümayiş olunub. Müsabiqə iştirakçılarına Sertifikatlar verilib.