Şagirdlərimiz ümumrayon iməciliyi və yaşıllaşdırma aksiyasında

Məktəbin illik Fəaliyyət planının 1.3.25-ci bəndinə uyğun olaraq məktəbimizdə Azərbaycan xalqının dahi oğlu, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. 10.05.2017- ci il tarixdə ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Binəqədi rayonu ərazisində ümumrayon iməciliyi, güləkmə və yaşıllaşdırma aksiysı keçirilib. Məktəbimizin müəllim və şagirdləri də təşkil edilmiş iməcilikdə fəal iştirak edərək onlara həvalə edilmiş ərazidə gül-çiçək əkdilər, abadlıq və yaşıllaşdırma işləri apardılar. Həvəslə işləyən şagirdlər "qazon" əkilməsinin sirrini öyrəndilər. İşdən sonra ağaclarla əhatə olunmuş parkda dincələn şagirdlər təmiz ekoloji mühitın, yaşıllığın, oksigenlə zəngin havanın insan orqanizminə müsbət təsirini bir daha təsdiqlədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi