İşğal altında olan torpaqlarımız: Şuşa

Məktəbin 2016-2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.16-cı bəndinin reallaşdırılması istiqamətində işlər davam etdirilir. Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında biliklərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə mütəmadi olaraq müxtəlif formatda tədbirlər hayata keçirilir. 08 may 2017-ci il tarixdə Şuşa şəhərinin işğalı ilə bağlı toplantı təşkil edildi. Şagirdlər Şuşa şəhəri və onun tarixi haqqında məlumatlar verdilər. Məktəbin tarix müəllimi Samirə İsgəndərova erməni vəhşiliklərinin acı nəticələri haqqında danışaraq bildirdi ki,1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı moto-atıcı alayının hərbi qulluqçularının və zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Artıq 25 ildir ki, "Qafqazın konservatoriyası" adlanan Şuşamıza həsrətik. Sonra şagirdlərin ifasında Şuşaya həsr olunmuş şeirlər səsləndirildi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru M.H.İsmayılova Şuşa şəhərinin işğalı və mənfur ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri faciələr haqqında fikirlərini bildirərək qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşı zaman keçsə də, erməni qəddarlıqlarını unutmamalı, düşmən tapdağı altında inləyən torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hər an hazır olmalı, vətəni sevməli və onu qorumalıdır.Vaxt gələcək biz o torpaqları qaytaracağıq. Biz düşmənə qalib gələcəyik! Azərbaycanın üçrəngli bayrağı o torpaqlarda yenidən dalğalanacaq!