Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının final mərhələsi keçirilib

06.05.2017-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək liseyinin birgə təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının final mərhələsi keçirilib. Olimpiadanın final mərhələsində məktəbdaxili turun nəticələrinə əsasən, məktəbimizin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinifləri üzrə uğur qazanan 10 nəfər şagirdi iştirak edib. İlk turda olduğu kimi, final mərhələsində də şagirdlərə təqdim olunan 30 test sualı cavablandırılıb. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi biliklərinin artırılmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirimək, elmə olan marağını daha da artırmaqdan ibarətdir.