Ulu öndərə həsr olunan mühazirə

Keçdiyi həyat yolu gənc nəsillərə örnək olan ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə 6-cı siniflərdə mühazirə təşkil olunub. Məktəbin tarix müəllimi Əfsanə Həsənova müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, zəngin irsi haqqında məruzə ilə çıxış edərək şagirdlərə geniş məlumat verib. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dövlətinin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda gördüyü işlər, göstərdiyi xidmətlər əsl məktəbdir; həyat məktəbi, tərbiyə məktəbi, vətənpərvərlik məktəbidir. Sonra ulu öndərin doğma xalqına, vətəninə məhəbbət, sədaqət nümunəsi olan xidmətlərini əks etdirən slaydlar göstərilib. Böyüməkdə olan gənc nəslə bu böyük insanın şəxsi nümunəsindən bəhrələnərək onun xalqa xidmət, vətənpərvərlik və azərbaycançılıq ideyaları əsasında tərbiyə olunmaq tövsiyə olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi